“Azfinance İnvestisiya Şirkəti” QSC-nin yeganə səhmdarı və Müşahidə Şurasının sədri Abid Məmmədov payının 15,03%-lik hissəsini qurumun direktoru İntiqam Səfərəliyevə ötürüb.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə investisiya şirkəti bildirir.
Eləcə də bax: Azərbaycanda yeni investisiya şirkəti - YARADILDI
Məlumata görə, son nəticədə A.Məmmədovun payı 84,97%-ə düşüb.
Xatırladaq ki, “Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır.