“Azfinance İnvestisiya Şirkəti” QSC 2018-ci ili 328 min manat xalis mənfəətlə başa vurub. FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu 2017-ci illə müqayisədə 130 dəfəyə yaxın çoxdur.
“Azfinance İnvestisiya Şirkəti”nin aktivləri cari ilin yanvarın 1-nə 66,87 mln manat olub ki, bu da illik müqayisədə 37% çoxdur. Sözügedən hesabat dövründə şirkətin öhdəlikləri 37% artaraq 65,217 mln manata, balans kapitalı isə 25% artaraq 1,653 mln manata çatıb.
2018-ci ildə “Azfinance”ın broker əməliyyatlarından gəlirləri 668 min manat, işçi heyəti ilə bağlı xərcləri isə 1,727 mln manat, komissiya xərcləri isə 116 min manat manat olub.
Eləcə də bax: "PSG Kapital İnvestisiya Şirkəti" ötən ili mənfəətlə başa vurub - HESABAT
“Azfinance İnvestisiya Şirkəti” ötən ili mənfəətlə başa vurub - HESABAT
15:27
10 May 2019