Azərbaycanda fəaliyyət göstərən investisiya şirkəti - "Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək.
Eləcə də bax: Azərbaycana investisiya hansı mənbə hesabına artıb? - CƏDVƏL
Şirkətdən FED.az-a verilən məlumata görə, toplantı 3 aprel 2020-ci il tarixində saat 11:00-da "Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC-nin Bakı şəhəri, Qüllə küçəsi 16 ünvanındakı ofisində (AG center, 2-ci mərtəbə) keçiriləcək.
Yığıncağın gündəliyində duran əsas məsələlər 2019-cu ilin yekunlarına dair nəticələrin müzakirə edilməsi, şirkətin növbəti dövrlər üçün strateji plan və hədəflərinin müəyyən edilməsi və digər məsələlərdir.