"Kapital Menecment İnvestisiya Şirkəti" ASC adını əsas səhmdarının adına uyğun olaraq "Plato Menecment İnvestisiya Şirkəti" ASC-yə dəyişib.
Bu barədə FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, bu maliyyə qurumunun səhmlərinin 99%-i Böyük Britaniyanın "Plato Capıtal Internatıonal Holdıngs Lımıted" şirkətinə, 1%-i isə adı açıqlanmayan xarici investora məxsusdur.