Avropa Palatası (“EuCham”) “2020-ci ildə biznes üçün ən yaxşı Avropa ölkələri” adlı araşdırma hazırlayıb.
FED.az xəbər verir ki, sənəddə investisiya cəlbediciliyinə görə ölkələrin reytinqi tərtib olunub.
Eləcə də bax: İqtisadiyyata özəl investisiyaların cəlb edilməsi üçün - YENİ TƏKLİFLƏR VERİLƏCƏK
Azərbaycan siyahıda 53 balla 41-ci yeri tutub. 2019-cu illə müqayisədə Azərbaycan 3 pillə irəliləyib.
Gürcüstan isə investisiya cəlbediciliyini nisbətən itirib. Belə ki, ötən il siyahıda 16-cı olan qonşu ölkə reytinqdə iki pillə geriləyərək 70 balla 18-ci yerdə qərarlaşıb.
Araşdırmada Dünya Bankı və “Beynəlxalq Şəffaflıq” təşkilatının indeksləri əsas götürülüb.
Report