“Unicapital İnvestisiya Şirkəti” ASC yenilənmiş vizual konseptini və “Hədsiz imkanlar” şüarını təqdim edib.
FED.az şirkətə istinadən xəbər verir ki, həmçinin Şirkət ötən aylarda yenilənmiş “unicapital.az” saytını istifadəyə verib.
İnvestisiya sahəsindəki 15 illik fəaliyyəti müddətində Şirkətin mükəmməl ictimai reputasiyası formalaşıb. “Unicapital”ın hazırkı strategiyası isə müştərilərinə daha geniş investisiya xidmətləri təqdim etmək, innovativ yanaşması ilə investisiya sahəsini hər kəs üçün əlçatan etməkdir. Şirkət yeni bazarlara çıxışı təmin etməkdə, təqdim etdiyi investisiya alətlərinin siyahısını artırmaqda davam edir. Yeni konsept isə bu təşəbbüsü bariz şəkildə nümayiş etdirir.
Xatırladaq ki, Nizamnamə kapitalı 100%-lik “Unibank KB ASC”yə məxsus olan “Unicapital İnvestisiya Şirkəti”, 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkət fond bazarının peşəkar iştirakçıları arasında əqdlərin həcmi üzrə aparıcı yer tutmaqda davam edir və Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir.
Böyük Britaniyanın “International Finance” jurnalının araşdırmasına əsasən, “Unicapital İnvestisiya Şirkəti” ASC “Azərbaycanda Ən Yaxşı İnvestisiya Şirkəti -2020” və “Azərbaycanda Ən Yaxşı Broker Xidmətinin Təşkili- 2020” mükafatlarına layiq görülüb.
Hazırda “Unicapital” investorların həm yerli, həm də 17-dən artıq xarici kapital bazarına çıxışını təmin edir. Bazardakı uğurlu təcrübəsinə əsasən, Unicapital Azərbaycan bazarında iştirak etmək istəyən xarici investorlar, həmçinin, beynəlxalq bazarlara investisiya etmək istəyən fiziki və hüquqi şəxslər üçün etibarlı tərəfdaşdır.