Hazırda Azərbaycanın qiymətli kağızlar bazarında 11 investisiya şirkəti fəaliyyət göstərir ki, bunlardan da 5-i fiziki şəxslərə məxsusdur.
Eləcə də bax: Bazarlar üzrə Top 3 birja üzvləri - Açıqlandı
FED.az xəbər verir ki, söhbət "CPM-İnvest İnvestisiya Şirkəti" və "MFX-Trading İnvestisiya Şirkəti" ASC-lərdən, eləcə də "AzFinance İnvestisiya Şirkəti", "İnvest-Az İnvestisiya Şirkəti" və "PSG-Kapital İnvestisiya Şirkəti" QSC-lərdən gedir.
Qalan 6 investisiya şirkəti isə hüquqi şəxslərə məxsusdur. Bunlardan 4-nün - "BTB Kapital" və "Unicapital" ASC-lərin, eləcə də "ABB-İnvest" və "Xalq Kapital" QSC-lərin sahibləri banklardır.
"Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC-nin səhmdarları 2 xarici invstisiya şirkəti, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin səhmdarı isə daxil olduğu eyni adlı holdinqdir.
| № | İnvestisiya şirkətinin adı | Şirkətin təşkilati hüquqi forması | Şirkətin fəaliyyətə başladığı il | Şirkətin nizamnamə kapitalı (manatla) | Şirkətin səhmdar(lar)ı | 
| 1 | ABB-İnvest | QSC | 2020 | 3 000 000,00 | 100% - "Azərbaycan Beynəlxalq Bankı" ASC | 
| 2 | Azfinance | QSC | 2014 | 1 550 000,00 | 100% - Abid Məmmədov | 
| 3 | BTB Kapital | ASC | 2018 | 1 000 000,00 | 100% - "Bank BTB" ASC | 
| 4 | CPM-İnvest | QSC | 2021 | 400 000,00 | 100% - Kəmalə Məmmədova | 
| 5 | Xalq Kapital | QSC | 2007 | 420 000,00 | 100% - “Xalq Bank” ASC | 
| 6 | İnvest-AZ | QSC | 2006 | 2 254 590,00 | 74% - Elşən Quliyev, 26% - Ceyhun Abdullayev | 
| 7 | MFX-Trading | ASC | 2020 | 500 000,00 | 40% - Anar Nəbiyev, 34% - Cəmşid Novruzov, 26% - Zərifə Həsənova | 
| 8 | PAŞA Kapital | QSC | 2012 | 300 000,00 | 100% - “PAŞA Holdinq” MMC | 
| 9 | Plato Capital and Co. | ASC | 2002 | 816 000,00 | 99% - "Plato Capital International Limited" investisiya şirkəti (Böyük Britaniya), 1% - “Fubies Bia Investments Limited” investisiya şirkəti (BƏƏ) | 
| 10 | PSG-Kapital | QSC | 2012 | 6 250 000,00 | 100% - Faiq Məmmədov | 
| 11 | Unicapital | ASC | 2007 | 300 000,00 | 100% - “Unibank” ASC | 
(Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.




 
                            
                            
                         
            
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








