Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar-iyun ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
FED.az Fond Birjasına istinadən xəbər verir ki, renkinqə 3 708 mln. manatlıq göstərici ilə "Paşa Kapital İnvestisiya Şirkəti” başçılıq edir.
Növbəti yerlərdə 2 879 mln. manatla “Unicapital İnvestisiya Şirkəti", 2 589 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 2 575 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 822 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 323 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
№ | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
1 | Paşa Kapital | 3,708,221,060.77 |
2 | Unicapital | 2,878,767,493.78 |
3 | İnvest-Az | 2,589,297,592.91 |
4 | AzFinance | 2,574,781,509.66 |
5 | Xalq Kapital | 822,104,106.34 |
6 | PSG Kapital | 322,783,951.56 |
7 | Kapital Menecment | - |
Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.