Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar-aprel ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
FED.az birjaya istinadən xəbər verir ki, renkinqə 2 107,189 mln. manatlıq göstərici ilə "Paşa Kapital İnvestisiya Şirkəti” başçılıq edir.
Növbəti yerlərdə 2 055,296 mln. manatla “Unicapital İnvestisiya Şirkəti", 1 802,105 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 1 655,263 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 536,035 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 218,243 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
№ | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
1 | Paşa Kapital | 2,107,189,269 |
2 | Unicapital | 2,055,295,560 |
3 | İnvest-Az | 1,802,105,287 |
4 | AzFinance | 1,655,263,352 |
5 | Xalq Kapital | 536,034,447 |
6 | PSG Kapital | 218,242,521 |
7 | Kapital Menecment | - |