Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “Troni” istisna olmaqla, ölkənin qiymətli kağızlar bazarında fəaliyyət göstərən 11 investisiya şirkətinin 2021-ci ildə məcmu xalis mənfəəti 7,753 milyon manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda kapitalın həcmi üzrə – İNVESTİSİYA ŞİRKƏTLƏRİNİN RENKİNQİ (31.12.2021)
FED.az xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 25,7% çoxdur.
İnvestisiya şirkətlərindən 2-si – “MFX-Trading” və “Plato Capital and Co.” ötən ili zərərlə başa vurub. Hesabat dövründə 1-cinin zərəri artıb, 2-cinin zərəri isə azalıb. 2021-ci ildən mənfəətlə çıxmış qalan 9 maliyyə qurumundan isə 1-i – “ABB-İnvest” 2020-ci ildən zərərlə çıxdığı, 1-i – “CPM-İnvest” isə bazara ötən il daxil olduğu üçün onların mənfəətinin/zərərinin dinamikasını hesablamaq mümkün olmayıb. Həm ötən ili, həm də əvvəlki ili mənfəətlə başa vurmuş 7 investisiya şirkətindən isə 2-si – “BTB Kapital” və “PAŞA Kapital” mənfəətini azaldıb, qalanları isə artırıb.
Ötən il investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti 9,748 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 23,9% çoxdur. Maliyyə qurumlarının ayrı-ayrılıqda vergiyəqədərki mənfəətlə bağlı vəziyyəti xalis mənfəətdə olduğu kimidir.
2021-ci ildə investisiya şirkətlərinin məcmu mənfəət vergisi ödəmələri isə 1,992 milyon manat təşkil edib. Bu da illik müqayisədə 17,5% çoxdur. İnvestisiya şirkətlərindən 2-si – “MFX-Trading” və “Plato Capital and Co.” ötən ili zərərlə başa vurduqları üçün vergi ödəməyiblər. 2021-ci ildə vergi ödəmiş qalan 9 maliyyə qurumundan 1-i “ABB-İnvest” 2020-ci ildə vergi ödəmələrinə qənaət etdiyi, 1-i – “CPM İnvest” isə bazara ötən il daxil olduğu üçün onların vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb. Həm ötən il, həm də əvvəlki il vergi ödəmiş 7 investisiya şirkətindən 3-ü - “BTB Kapital”, “İnvest-AZ” və “PAŞA Kapital” vergi ödəmələrini azaldıb, qalanları isə artırıb. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.