Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "MFX-Trading İnvestisiya Şirkəti" ASC-yə lisenziya verilib.
Dövlət Neft Fondunun Avropa ölkələrinə investisiyaları azalıb
Bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla da, ölkədə lisenziyası olan investisiya şirkətlərinin sayı 10-a çatıb.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “MFX-Trading İnvestisiya Şirkəti”nu bu ilin avqust ayında dövlət qeydiyyatına alıb. Yeni maliyyə qurumu “Muğan Bank” ASC-nin "Veraj” şöbəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 179 a ünvanında qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbdən 200 min manat çox – 500 min manat, qanuni təmsilçisi Zahir Dünyamalı oğlu Abdullayev, Müşahidə Şurasının sədri İbrahim Ziyad oğlu Səfərzadə, üzvləri isə İdris Elman oğlu Məmmədov və Anar Malik oğlu Təhməzovdur (Report).