"PSG-Kapital” investisiya şirkətinin nizamnamə kapitalının həcmi üç dəfədən çox artırılıb. Bundan sonra o, bu göstəricidə ən böyük investisiya şirkəti olub.
Eləcə də bax: Azərbaycan İnvestisiya Holdinqinin iclası keçirildi - QƏRARLAR AÇIQLANMIR
FED.az xəbər verir ki, hazırda “PSG-Kapital İnvestisiya Şirkəti”nin nizamnamə kapitalının ödənilmiş həcmi minimum 300 min manat tələbə qarşı 6 milyon 250 min manatdır. Şirkətin səhmdarı bir şəxsdir (Faiq Məmmədov).
2020-ci ilin əvvəlində şirkətin aktivləri 21 milyon manatdan çox idi. (Turan)