2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 5,6% - 1 milyard 558 milyon manatadək azalıb.
Eləcə də bax: Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı sektorunun - Gəlirləri Azalıb
FED.az xəbır verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Birinci rübdə Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 65,9%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşları 1 milyard 242 milyon manat (azalma 9,1%) təşkil edib.
Emal sənayesinə 257,2 milyon manat (artım 52,2%) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə investisiya qoyuluşları 53,6 milyon manat (azalma 19,2%) məbləğində olub.
Nəqliyyat və anbar təsərrüfatı sahəsinə 194,8 milyon manat (azalma 38,6%), rabitə və informasiya sahəsinə 30 milyon manat (artım 1,4%), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 4,5 milyon manat (azalma 89,6%), təhsil sahəsinə 9,4 milyon manat (azalma 46,8%) investisiya qoyuluşu həyata keçirilib.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.
2020-ci ildə sənaye sahəsinə investisiya qoyuluşları 2019-cu illə müqayisədə 4,3% azalıb/ (Intrefaks)