2021-ci ildə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektoruna qoyulmuş investisiyalarda xüsusi çəkisi 23,8% təşkil edib.
FED.az xəbər verir ki, bu barədə nin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində bugünədək rezidentlər 426 milyon manatdan çox vəsaitə qənaət ediblər.
Xatırladaq ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə isə gömrük rüsumundan azad olunurlar.