Azərbaycanda 2016-cı ildən 2020-ci ilin sonunadək 400 sahibkarlıq subyektinə 481 investisiya təşviqi sənədi təqdim edilib.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Hesabatda qeyd edilir ki, investisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 4,4 mlrd. manatdan artıq investisiyanın yatırılacağı, 31,2 mindən çox yeni iş yerinin açılacağı nəzərdə tutulub.
"Təşviq edilmiş layihələrin 13%-i Bakı şəhəri və ətraf qəsəbələrin, 87%-i isə regionların payına düşür", - hesabatda deyilir.
Hesabata əsasən, 2020-ci ildə 61 sahibkara 62 investisiya təşviqi sənədi təqdim edilib.
"İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 386,4 mln. manat investisiyanın yatırılması və 3 242 yeni iş yerinin aşılması nəzərdə tutulub. Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 72,6%-i sənaye üzrə layihələri əhatə edir", - hesabatda qeyd olunur.(Apa)