Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar ayında birja üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
FED.az Birjaya istinadən xəbər verir ki, renkinqə 622,4 mln. manatlıq göstərici ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir.
Eləcə də bax: Azərbaycan investisiyaları və Misirin Süveyş kanalı?
Növbəti yerlərdə 535,6 mln. manatla "Paşa Kapital İnvestisiya Şirkəti” QSC, 483,2 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 369 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 90 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 58 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
№ | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
1 | Unicapital | 622,367,042.08 |
2 | Paşa Kapital | 535,640,547.30 |
3 | İnvest-Az | 483,182,460.32 |
4 | AzFinance | 368,976,804.42 |
5 | Xalq Kapital | 90,010,329.36 |
6 | PSG Kapital | 58,015,632.19 |
7 | Kapital Menecment | - |
Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.