“PSG-Kapital İnvestisiya Şirkəti” ASC şirkətinin Müşahidə Şurasının sədri dəyişdirilir.
İqtisadiyyat Nazirliyinin qurumuna rəhbər - TƏYİN EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, səhmdarların qərarı ilə Vüqar Mirzəyev Müşahidə Şurasının sədri vəzifəsindən azad edilib. Onun yerinə Şahin Rəcəbov təyin edilib.
Qeyd edək ki, “PSG Kapital”ın Müşahidə Şurasında digər təmsil olunan üzvlər Babək Orucov və Fəxri Səttərovdur.
Xatırladaq ki, “PSG-Kapital İnvestisiya Şirkəti” ASC 2012-ci ildə təsis edilib. Şirkətin 6.25 mln. manatlıq nizamnamə kapitalının 100% payçısı Faiq Məmmədov adlı fiziki şəxsdir. Səhmdar həm də “PSG Finans bank olmayan kredit təşkilatı”nın 12.5%-lik həmtəsisçisidir. İnvestisiya şirkəti isə Bakı Fond Birjasının 4.76%-lik səhmdarıdır.