2022-ci ilin yanvar-may aylarında Azərbğaycanda əsas kapitala 4 milyard 915,5 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz az vəsait yatırılıb.
FED.az xəbər verir ki, yatırımların 1 milyaprd 820 milyon manatı neft-qaz sektoruna, 3 milyard 105,5 milyon manat isə qeyri-neft qaz sepktoruna yönəldilib.
Sərmayələrdəki azalma neft-qaz sektoruna yatırılan investisiyaların aşağı düşməsiilə bağlıdır. Belə ki, ilk 5 ayda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 23,6 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,6 faiz artmışdır.
Belə ki, istifadə olunmuş vəsaitin
2 829,6 milyon manatı və ya 57,6 faizi məhsul istehsalı sahələrinə,
1 799,0 milyon manatı (36,6 faizi) xidmət sahələrinə,
286,9 milyon manatı (5,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
2022-ci ilin yanvar-may aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin
43,3 faizi və ya 2 129,5 milyon manat - sənaye,
30,4 faizi və ya 1 491,1 milyon mamat - nəqliyyat və anbar təsərrüfatı,
18,2 faizi və ya 1 491,1 milyon mamat - tikinti,
1,9 faizi və ya 93,2 milyon mamat - kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,
1,6 faizi və ya 79,9 milyon mamat - dövlət idarəetməsi və müdafiə; sosial təminat,
1,2 faizi və ya 59,9 milyon mamat - informasiya və rabitə,
0,9 faizi və ya 44,9 milyon mamat - maliyyə və sığorta fəaliyyəti,
0,7 faizi və ya 34,4 milyon mamat - təhsil,
0,5 faizi və ya 25,7 milyon mamat - ticarət; nəqliyyat vasitələrinin təmiri,
0,4 faizi və ya 18,4 milyon mamat - turistlərin yerləşdirilməsi və ictimai iaşə,
0,4 faizi və ya 18,6 milyon mamat - inzibati və yardımçı xidmətlərin göstərilməsi,
0,3 faizi və ya 15,9 milyon mamat - əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi
0,1 faiz və ya 6,2 milyon mamat - peşə, elmi və texniki fəaliyyət,
0,1 faiz və ya 2,8 milyon manat istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilmişdir.