Azərbaycanda ən çox investitsiya olunan sahələr sənaye , tikinti , nəqliyyat və anbar təsərrüfatı sahələri olub. Belə ki , ümumi məbləğin 87%i məhz bu sahələrin payına düşür.
FED.az Dövlət Stastika Komitəsinin 2018-ci ilin yanvar-avqust ayları üçün açıqladığı məlumata istinadən bildirir ki, ən çox kapital yönəldilən sahələrin bəzilərində kəskin artım, bəzilərində isə azalma olub.
Belə ki, ən çox artım olan sahələr bunlar olub: maliyyə və sığorta fəaliyyəti (2,7 dəfə), turistlərin yerləşdirilməsi və ictimai iaşə (2,2 dəfə) və informasiya və rabitə ( 2 dəfə) sahəsi. Ən çox azalma isə peşə, elmi və texniki fəaliyyət (57,4%) və mədənçıxarma sənayesində (61,6%) olub.
2018-ci ilin yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 54,9 faizi sənaye, 19,6 faizi tikinti, 13,4 faizi nəqliyyat və anbar təsərrüfatı, hər birində 2,5 faiz olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, dövlət idarəetməsi və müdafiə; sosial təminat, informasiya və rabitə, 1,5 faizi səhiyyə, 1,3 faizi təhsil, hər birində 0,5 faiz olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 0,1 faizi olmaqla maliyyə və sığorta, digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilmişdir.
İqtisadiyyatın sahələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin dəyəri - CƏDVƏL