Azərbaycanda investisiya fəaliyyəti sahəsində prioritetlər müəyyən edilir.
Eləcə də bax: “Niyə azərbaycanlılar gedib Gürcüstana, Rusiyaya, Türkiyəyə investisiya yatırır?”
FED.az xəbər verir ki, bu barədə məsələ “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.
Belə ki, investisiya fəaliyyəti sahəsində aşağıdakı investisiya layihələri üzrə bu Qanunun 6-cı maddəsində nəzərdə tutulan investisiya təşviqi tədbirlərinə üstünlük verilir:
7.1.1. iqtisadiyyatın texnoloji tutumunu artıran, innovasiyaların tətbiqinə və inkişafına yönələn investisiya layihələri;
7.1.2. ekoloji təmiz texnologiyaların tətbiqinə əsaslanan, ətraf mühitin sağlamlaşdırılmasını, təbii sərvətlərdən səmərəli istifadəni nəzərdə tutan investisiya layihələri;
7.1.3. əhalinin sağlam həyat tərzinin inkişafını dəstəkləyən investisiya layihələri;
7.1.4. iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına yönələn investisiya layihələri;
7.1.5. müasir tələblərə uyğun bilik və bacarıqların formalaşmasını şərtləndirən investisiya layihələri.
Qeyd edək ki, qanun layihəsi birinci oxunuşda Milli Məclis tərəfindən qəbul edilib. (Trend)