FED.az xəbər verir ki, Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodudur.
İqtisadiyyat Nazirliyindən daxil olmuş məlumata görə, Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir.
Müəssisədə “İran Khodro” şirkəti 25 faizlik paya malikdir.
Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək.
Müəssisənin ildə 2 min avtomobilin ixracı planlaşdırılır. Müəssisədə 300 nəfər işlə təmin ediləcək. Zavodun 2017-ci ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır.
Mənbə: Marja.az