Maliyyə Nazirliyi ölkədə yeni 5 illik dövlət istiqrazı buraxmağa hazırlaşır. Fed.az xəbər verir ki, mayın 8-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.
Hərracda ümumilikdə 10 milyon manatıq istiqraz satılacaq. İstiqrazlar 1816 günlük, yəni təqribən 5 illik dövriyyə müddətinə malikdir və 2026-cı ilin 28 aprelinədək qüvvədə olacaq. Qiymətli kağızların ilkin illik gəlirliyi 8,5% nəzərdə tutulub.
Faizlər 6 aydan bir olmaqla hər il noyabrın və mayın əvvəlində ödəniləcək, ümumilikdə 10 dəfə faiz ödənişi olacaq.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı kimidir:
Dövlət istiqrazının növü |
Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu |
AZ0108015881 |
Emissiya həcmi |
10 000 000 manat |
Nominal dəyəri |
100 manat |
İstiqrazların tədavül müddəti |
1816 gün |
Faiz ödənişləri (olduqda) |
2 noyabr 2021-ci il, 3 may 2022-ci il, 1 noyabr 2022-ci il, 2 may 2023-cü il, 31 oktyabr 2023-cü il, 30 aprel 2024-cü il, 29 oktyabr 2024-cü il, 29 aprel 2025-ci il, 28 oktyabr 2025-ci il, 28 aprel 2026-ci il, |
Faiz gəliri |
8.5 % |
Ödəmə tarixi |
28.04.2026 |
Anderrayter |
“PAŞA Kapital İŞ” QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.