2018-ci ilin yanvar-iyul aylarında xarici müəssisə və təşkilatlar əsas kapitala 3 milyard 234,7 milyon manat investisiya yönəldib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə xarici ölkələrin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 2 milyard 578,9 milyon manatı (79,7%) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarının payına düşüb.
Xarici investorların bu il Azərbaycanda əsas kapitala yönəltdiyi kapitalın ən böyük həcmi aprel ayında olub - 592,2 milyon manat. Mayda bu məbləğ 447,7 milyon manat, iyun ayında isə 466,2 milyon manat olub. İyul ayında isə əsas kapitala yönəldilən xarici investisiyaların həcmi azalaraq 342,1 milyon manata düşüb.