2020-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1965,2 milyon manat vəsait yönəldilib.
Eləcə də bax: Azərbaycanda adambaşına investisiya üzrə - RAYON / ŞƏHƏRLƏRİN – RENKİNQİ
FED.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 254 milyon manat və ya 14,8% artıqdır.
Sərf edilmiş vəsaitin 58,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumi sərmayənin 68,3 faizi məhsul istehsalı sahələrinə, 20,6 faizi xidmət sahələrinə, 11,1 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.
İnvestisiya qoyuluşlarının 58,3%-i daxili mənbələrdən, 41,7% xarici mənbələrdən yatırılıb.
Məbləğ ifadəsində yatırılan investisiyalvrın 1 145,7 milyon manatı daxili, 819,5 milyon manat xarici mənbələrin payına düşüb.
Xatırladaq ki, ötən il daxili mənbələrdən yatırımların payı 68,1%, xarici mənbələrdən isə 31,9% olmuşdu. Məbləğ ifadəsində ötən il yatırılan investisiyaarın 1 165,3 milyon manatı daxili, 545,9 milyon manatı xarici mənbələrin payına düşüb.
Başqa sözlə, son bir ildə xarici mənbələrdən artım 50%-dən çox artıb.
2020-ci ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,3 faiz, büdcə vəsaitləri 17,1 faiz, əhalinin şəxsi vəsaitləri 7,0 faiz, bank kreditləri 5,1 faiz, sair vəsaitlər 3,1 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2,4 faiz təşkil edib.