2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, xarici ölkələrdən və beynəlxalq təşkilatlardan Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyaların azalma dinamikası müşahidə olunan istiqamətlər də məlum olub.
FED.az xəbər verir ki, hesabat dövründə bəzi ölkələrdən sərmayə axınında ciddi geriləmə qeydə alınıb.
Siyahının başında Norveç gəlir. Bu ölkədən investisiyalar ötən il 102 milyon 613 min dollar olduğu halda, bu il kəskin azalaraq 2 milyon 990 min dollar təşkil edib. Nəticədə 34,3 dəfə və ya 99 milyon 623 min dollar azalma qeydə alınıb.
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) üzrə göstərici 16 milyon 520 min dollardan 4 milyon 545 min dollara enib. Bu da 3,6 dəfə və ya 11 milyon 975 min dollar azalma deməkdir.
Asiya İnkişaf Bankı ötən il 19 milyon 860 min dollar investisiya yatırdığı halda, bu il rəqəm 5 milyon 464 min dollara geriləyib. Burada 3,6 dəfə və ya 14 milyon 396 min dollar azalma müşahidə olunub. Lüksemburqdan sərmayə 22 milyon 435 min dollardan 7 milyon 541 min dollara düşüb. Bu isə 3,0 dəfə və ya 14 milyon 894 min dollar azalma deməkdir.
Digər azalmalar aşağıdakı kimidir:
Almaniyadan investisiya axını 46 milyon 636 min dollardan 23 milyon 278 min dollara enib. Nəticədə 2,0 dəfə və ya 23 milyon 359 min dollar azalma olub. Latviya üzrə göstərici 11 milyon 576 min dollardan 5 milyon 800 min dollara düşüb ki, bu da 2,0 dəfə və ya 5 milyon 777 min dollar azalma deməkdir.
Niderland Krallığı ötən il 31 milyon 912 min dollar yatırdığı halda, bu il 17 milyon 269 min dollar investisiya edib. Azalma 46% və ya 14 milyon 643 min dollar təşkil edib.
Siyahını Avstriya və Birləşmiş Ərəb Əmirlikləri tamamlayır. Avstriyadan investisiya 30 milyon 703 min dollardan 21 milyon 809 min dollara (29% azalma), BƏƏ-dən isə 356 milyon 307 min dollardan 257 milyon 723 min dollara (28% azalma) enib.











