Noyabrın 7-də Bakıda Azərbaycan-Monako biznes forumu keçirilir. Forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Monako İqtisadiyyat Palatası arasında, eləcə də Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası və Monako İqtisadiyyat Palatası arasında anlaşma memorandumları imzalanıb.
Forumda iqtisadiyyat nazirinin müavini Sahil Babayev son dövrlər Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Nazir müavini Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu, iş adamları arasında əlaqələrin inkişafı üçün birgə biznes forum, işgüzar görüşlərin təşkil olunduğunu qeyd edib. O, Monako iş adamlarının ölkəmizə səfəri çərçivəsində təşkil edilmiş biznes forumun ölkələrimiz arasında əməkdaşlığın inkişafına, ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirib.