Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-yə lisenziya verilib.
Eləcə də bax: Azərbaycan İnvestisiya Şirkətinin hüquqi ünvanı - Dəyişdi
FED.az xəbər verir ki, bununla da, ölkədə lisenziyası olan investisiya şirkətlərinin sayı 11-ə çatıb.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “CPM-İnvest İnvestisiya Şirkəti”ni bu ilin yanvar ayında dövlət qeydiyyatına alıb. Yeni maliyyə qurumunun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 1 058, mənzil 36a, nizamnamə kapitalı 400 min manat, qanuni təmsilçisi isə Nəriman Sabir oğlu Hadıyevdir. (Report)