2025-ci ilin yanvar-avqust aylarında əsas kapitala 11 milyard 374,5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz az investisiya yönəldilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8,0 faiz artıb.
İstifadə olunmuş investisiyanın 5 milyard 800,2 milyon manatı və ya 51faizi məhsul istehsalı sahələrinə, 3819,9 milyon manatı (33,6 faizi) xidmət sahələrinə, 1754,4 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 8752,8 milyon manatını və ya 77,0 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 8985,9 milyon manatı və ya 79,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.