2024-cü il ərzində xarici maliyyə mənbələrindən əsas kapitala 3,3 milyard manat investisiya olunub.
İranın Azərbaycana yatırdığı investisiyalar açıqlanıb - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.
Qeyd edilir ki, xarici mənbələrdən əsas kapitala yönəldilən investisiya ümumi investisiyanın dəyərinin 15,3 faizini təşkil edib.
Dövr ərzində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitin 94,7 faizi Birləşmiş Krallıq, Türkiyə, ABŞ, İsveçrə, Yaponiya, Rusiya, Norveç, İran, BƏƏ, Hindistan, Fransa, Qırğızıstan və Macarıstan sərmayədarlarına məxsus olub.
Azərbaycan iqtisadiyyatına investisiya yatıran ölkələr sırasında həm ənənəvi xarici tərəfdaşları, həm də qlobal arenada müxtəlif regionlardan olan investorlar iştirak edir. Bu da ölkə iqtisadiyyatının qlobal iqtisadiyyata inteqrasiyasının dərinliyini və qlobal investorlar tərəfindən ölkəyə olan marağı əks etdirir. (Vergiler.az)