FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-də (AIC) icraçı direktorun müavini olan Ziya Kəngərli vəzifəsindən ayrılıb.
Eləcə də bax: “Azərbaycan İnvestisiya Şirkəti”nin rəhbərliyinə - TƏYİNAT
Z. Kəngərli 12 dekabr 1980-ci il tarixdə Bakıda anadan olub. 2020-ci ilin oktyabr ayından etibarən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-də icraçı direktorun müavini vəzifəsində çalışır.
Sözügedən vəzifəyə təyin edilməmişdən öncə Z. Kəngərli Azərbaycan Respublikasının Maliyyə Monitorinq Xidmətinin İdarə heyətinin sədrinin müşaviri qismində işləmişdir. Bundan öncə Z. Kəngərli Dövlət Neft Fondunda 14 ildən artıq dövr ərzində aktivlərin idarə edilməsi sahəsində müxtəlif vəzifələrdə çalışmış, risklərin idarə edilməsi, investisiya siyasətinin hazırlanması və aktivlərin strateji bölüşdürülməsi üzrə cavabdeh bölmələrə rəhbərlik etmişdir.