"Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) 2006-2017-ci illər ərzində 47 mln. manat xalis mənfəət əldə edib.
FED.az xəbər verir ki, bunu şirkətin ötənilki fəaliyyətinə dair mətbuat konfransında qurumun icraçı direktoru Rövşən Nəcəf deyib.
Onun sözlərinə görə, son 12 ildə AİŞ-in əməliyyat gəlirləri 74 mln. manat. əməliyyat xərcləri 15 mln. manat, mənfəət vergisi ödəmələri isə 12 mln. manat təşkil edib.