Prezidentin 7 avqust 2020-ci il tarixli fərmanı ilə yaradılan Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat olub.
Eləcə də bax: “Rabitəbank”da yeni təyinat olub
FED.az Banker.az-a istinadən xəbər verir ki, AİH-nin Baş icraçı direktoruna müavin təyin edilib.
Holdinqin direktorunun müavini Zaur Qurbanovdur. O, buna qədər beynəlxalq audit şirkəti olan “Ernst & Young” şirkətinin Azərbaycandakı törəməsində vergi direktoru kimi çalışırdı.
Hazırda Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovdur.