Azərbaycan İnvestisiya Holdinqi (AIH) və İslam İnkişaf Bankı Qrupunun (IsDBG) qolu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Anlaşma Memorandumu imzalanıb.
Eləcə də bax: "Azərbaycan İnvestisiya Şirkəti" İsrail şirkəti ilə - Memorandum İmzalayıb
FED.az xəbər verir ki, bu barədə holdinq məlumat yayıb.
Məlumata görə, sənədi AİH-in baş direktoru Ruslan Əlixanov və ICD-nin baş direktoru Ayman Amin Secini imzalayıb.
Anlaşma Memorandumuna əsasən, tərəflər AIH-in idarəetməsində olan dövlət şirkətlərinə sukuk emissiyası üçün dəstək verilməsi üçün əməkdaşlıq edəcəklər.
Xatırladaq ki, sukuk şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi - istiqrazların islami ekvivalentidir. (Report)