2023-cü ildə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş 11 dövlət şirkətindən 8-nin potensial dividend ödəmə imkanları yaranıb.
Azərbaycanda dövlət müəssisələrinin dividend ödənişləri üzrə proqnoz - 74% ARTIRILIR
FED.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən bildirib.
Onun sözlərinə görə, Holdinqin müəssisələrinin maliyyə və əməliyyat göstəricilərində əhəmiyyətli yaxşılaşma müşahidə edilir: "Ötən il portfel şirkətlərin səmərəli fəaliyyəti nəticəsində ümumi gəlirləri təqribən 74 %, EBİTDA göstəricisi 101 % artıb". (Report)