Azərbaycan bazarı ABŞ şirkətləri üçün yüksək investisiya potensialına malikdir.
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 28% artıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycana iri şirkətləri təmsil edən geniş tərkibli nümayəndə heyəti gəlib. Nümayəndə heyətində enerji, telekommunikasiya və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlər yer alır.
Kuş Çoksi bildirib ki, heyət ümumilikdə iqtisadiyyatın demək olar ki, bütün istiqamətlərini əhatə edən 31-dən artıq şirkətin 60-dan çox nümayəndəsindən ibarətdir.
O, həmçinin qeyd edib ki, Bakıda keçirilən əvvəlki gün görüşlər və müzakirələr baxımından kifayət qədər səmərəli olub və bugünkü proqramdan da eyni dərəcədə müsbət nəticələr gözlənilir. (Apa)











