Avrozona iqtisadiyyatına dair fundamental göstəricilərin mənfi açıqlanmasından sonra EUR/USD və eyni zamanda, GBP/USD məzənnələrində ucuzlaşma dalğasının sürətləndiyi müşahidə edilib. Proqnozlar da ucuzlaşmanın davam edəcəyi istiqamətindədir.
Bununla yanaşı, Amerikada 1.9 trilyon dollarlıq korona dövlət yardımı ətrafında hökümətlə müxalifət arasında gedən danışıqların uzanması, əlvan metallar bazarlarında qızılın ucuzlaşmasına səbəb olmaqdadır. Foreks bazarlarında dolların bahalaşması da, qızıl qiymətlərinin ucuzlaşmasına təsir edən səbəblər arasındadır.
Bu gün isə Avrozona, İngiltərə və Amerikadan dərc ediləcək önəmli fundamental göstəricilərlə zəngin gündür və birjalarda ticarət aktivliyinin artması gözlənilir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.