Amerikanın sənaye sektoruna dair fundamental göstəricilərin mənfi açıqlanmasından sonra dolların müqavimətlə rastlaşması, özünü EUR/USD və GBP/USD məzənnələrində də göstərməkdədir. Lakin həm fundamental, həm də məzənnələrin texniki mənzərələri baxımından avro və funtun dollar qarşısında zəifləyəcəyi proqnozlaşdırırlır.
Bununla yanaşı, ABŞ prezidenti Co Baydenin korona böhranına qarşı planlaşdırdığı dövlət yardımlarının Senatda çoxluğun dəstəyini alması üçün respublikaçı senatorlarla görüşü uğursuz olsa da, danışıqların davam etdiriləcəyi qərara alınıb və görüş "önəmli" və "məhsuldar" adlandırılıb.
Təhlillərə əsasən, EUR/USD 1.21$, GBP/USD məzənnəsi isə 1.37$-ın altında qaldıqca, ucuzlaşmaqda davam edəcəkləri proqnozlaşdırılır. USDJPY məzənnəsi üzrə 106 yenə kimi bahalaşma proqnozları da gündəmdə olsa da, USDTRY məzənnəsi ucuzlaşmaqda davam edir və növbəti dəstək səviyyəsi isə 6.96TL-dir.
Əlvan metallar bazarlarında da qızılın qiyməti təzyiq altındadır. Hazırda 1854$-a təklif edilən bir unsiya üzrə qiymət, 1850$-ın qırılması ilə 1830$-a kimi dəyər itirə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.