Amerikada inflyasiyanın 2.5%-ə yüksələcəyi proqnozları, EUR/USD və GBP/USD məzənnələrinin təzyiq altında qalmalarına səbəb olur. Beləliklə, avronun 1.17, funtun isə 1.35$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır. Bununla yanaşı, istiqraz gəlirliliyində də artım, dolların gələcək qiyməti fonunda nikbinliyi artırır.
USDTRY məzənnəsi isə çərşənbə günü TCMB tərəfindən dərc ediləcək yeni faiz qərarı öncəsi 8.14TL ətrafında üfüqi istiqamətdə dalğalanmaqda davam edir, baxmayaraq ki, USDJPY məzənnəsi bahalaşmağa başlayıb. Növbəti müqavimət səviyyəsi 110.19 yendir.
Maliyyə bazarlarında son tendensiya əlvan metallar bazarlarında qızılın qiymətində korreksiyalara səbəb olur. Hazırda 1729$-a təklif edilən bir unsiya üzrə qiymət, 1708$-a kimi də dəyər itirə bilər.