FED-in toplantı protokolunda iqtisadi inkişafın peyvəndlənmə prosesindən asılı olduğunu və hökümətin trendi sürətləndirməsi cəhdləri, dollar ucuzlaşma dinamikasının zəifləməsinə və bahalaşmasına səbəb olmuşdur. EUR/USD və GBP/USD məzənnələrində də yenidən ucuzlaşmağa başlayıb. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 11:30-da Almaniyadan, 12:30-da isə İngiltərədən tikinti sektoruna dair önəmli fundamental göstəricilər yayımlanacaqdır.
USD/TRY və USD/JPY məzənnələrində isə stabilləşmə müşahidə edilsə də, USD/RUB qiyməti daha da bahalaşıb. İnvestorlar lirə üzrə qərarlarında gələn həftə açıqlanacaq TCMB-nin növbəti faiz qərarını gözləyir, yen ev təsərrüfatlarında xərclərin azalması xəbərindən mənfi təsirlənib, rubl isə inflyasiya təzyiqləri ilə beş ayın minimumuna düşüb.
Qızıl və bitkoinin qiyməti isə dollardaki trend ilə müsbət korrelasiya yaratmaq üzrədir. Bir unsiya üzrə qiymətin bahalaşmaqda davam edəcəyi, BTC/USD məzənnəsi üçün isə 57000$ müqavimətin önəmli sınaq olacağı proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.