Amerikanın əmək bazarı, ticarət dövriyyəsi ilə bağlı göstəricilərin yaxşı açıqlanması, EUR/USD və GBP/USD məzənnələrində korreksiyalara səbəb olub. Lakin avro 1.19, funt sterlinq isə 1.37$-ın üzərində qaldıqca, bahalaşmanın yenidən davam edəcəyi proqnozları üstünlük təşkil edir. Bununla yanaşı, məzənnələr üzrə dəstək səviyyələrin qırılması ehtimalları da artıb.
Əmtəə birjalarında isə qızıl və neftin qiymətlərində bahalaşma davam edir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.