Avropa Mərkəzi Bankının (AMB) avronun bahalaşmasına dair şərhləri EUR/USD məzənnəsinin bahalaşması dinamikasının zəiflətməklə yanaşı, yenidən ucuzlaşacağı proqnozlarının da güclənməsinə səbəb olmuşdur. Eyni tendensiya dolların dəstək görməsi fonunda GBP/USD məzənnəsində də müşahidə edilir.
USD/TRY məzənnəsi isə TCMB-nin son faiz qərarından sonra bahalaşmağa başlamışdır və 7.18TL növbəti önəmli müqavimət səviyyəsidir. USD/JPY məzənnəsinin ucuzlaşması dinamikasının zəifləməsi də bahalaşması ehtimallarını artırır.
Bütün bunlarla yanaşı, bu gün Almaniya, Avrozona və İngiltərədən açıqlanacaq biznes aktivliyi indeksləri ilə bağlı önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
Əlvan metallar birjalarında da qızılın qiyməti təzyiq altında olsa da, alternativ sərmaye bazarlarında bitkoin maksimumlarını yeniləməkdə davam edir. Ripl isə fevralın 22-ni - "Ripple Labs" ilə Amerikanın qiymətli kağızlar bazarına nəzərat qurumu (SEC) arasında ilk məhkəmə prosesi öncəsi 0.60 - 0.47$ aralığında korreksiya edir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.