FED.az xəbər verir k, ABŞ prezidenti D.Trampın iqtisadiyyata dəstəyi nəzərdə tutan qanun lahiyəsini imzalamaqdan imtina etməsi barədə xəbərlərin fonunda dollar dünya birjalarında ucuzlaşmağa başlayıb.
EUR/USD: YENİ MAKSİMUMLAR
Beləliklə, 1.2120 və 1.2280 aralığında üfüqi dalğalanan EUR/USD cütlüyü bahalaşma tendensiyasını qoruyur. Təhlillərə əsasən 1.2217 səviyyəsini qırarsa, ondan sonra kəsilə biləcək növbəti hədəfləri 1.2256 və 1.2292 səviyyələri ola bilər.
FUNTDA ARTIM TENDENSİYASI QORUNUR
GBP/USD valyuta cütlüyündə qiymətin bahalaşdığının şahidi oluruq. 1.3570 səviyyəsi də qırılarsa, ondan sonra kəsilə biləcək növbəti hədəflər 1.3617 və 1.3678 səviyyələri ola bilər.
TCMB TOPLANTISI:USD/TRY CÜTLÜYÜNDƏ GÖZLƏNTİLƏR NƏDİR
Cari ticarət həftəsinin əvvəlində sərgilənən dalğalanmadan sonra USD/TRY cütlüyündə hazırda üfüqi tendensiya müşahidə edilir. Bu cütlükdə növbəti dalğalanma TCMB-nin bu gün baş tutacaq toplantısından asılı olacaq. Qeyd edək ki, bir həftəlik repo faiz dərəcəsinin 16.5%-ə kimi növbəti dəfə artırılacağı proqnozlaşdırılır.
NEFT YENİDƏN BAHALAŞIR
Virusun yeni mutasiyaya uğramış versiyasının aşkarlanması xəbərindən sonra ucuzlaşan Brend nefti, yenidən 49$-da dəstək görərək bahalaşmağa başlayıb. 51.60$ səviyyəsini qırılması ilə 52.25$ və 53$ səviyyələrinə kimi bahalaşmanın davam edəcəyi ehtimal edilir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
https://www.facebook.com/InvestAZAzerbaijan/videos/307420270592134