Amerikanın xidmət sektoruna dair fundamental göstəricilərin müsbət dərc edilməsindən sonra EUR/USD və GBP/USD məzənnələri daha da ucuzlaşıb.
Bu gün də Bakı vaxtı ilə saat 17:30-da birinci ölkənin əmək bazarı ilə bağlı önəmli statistik məlumatlar açıqlanacaqdır və işsizlik müavinətlərin sayında azalma proqnozlaşdırılır. Bu reallaşarsa, avro və funtun dollara nisbətən məzənnələri daha da ucuzlaşa bilər.
Əlvan metallar bazarlarında da qızılın dollara nisbətən qiyməti də ucuzlaşmaqdadır və ucuzlaşma dalğasının sürətlənəcəyi ehtimal edilir.
USD/TRY məzənnəsi isə 7.08TL-yə kimi ucuzlaşdıqdan sonra 7.16TL-yə kimi korreksiya edib və ucuzlaşmanın davam edə, yəni lirə daha da bahalaşa bilər.
Lirə ilə yanaşı, kriptovalyuta birjalarında bitkoin də dəyər qazanmaqdadır. Hazırda 37700$-ın üzərində təklif edilən BTCUSD məzənnəsi, 38380$-ın qırılması ilə 42112$-a kimi dəyər qazana bilər. Tarixi maksimumlarını 1693$ ilə yeniləməkdə davam edən eteryumun yanında, riplin də 0.33$ dəstək səviyyəsinin üzərində ticarət edilməsi, investorlar üçün yaxşı imkanlardan xəbər verir. XRPUSD məzənnəsi üzrə önəmli müqavimət səviyyələri isə 0.43, 0.48 və 0.58$-dır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.