Amerikanın sənaye sektorunda biznes aktivliyi indeksinin proqnozun üzərində açıqlanması, avro, funt, lirə, yen, qızıl və neftin dollara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olub. Təhlillərə əsasən, cari trend davam edə bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı 12:55-də Almaniyadan işsizlik və saat 14:00-da Avrozonadan inflyasiya göstəriciləri açıqlanacaqdır.
Kriptovalyuta birjalarında isə bitkoin bahalaşıb və 44 - 52000$ aralığında dalğalanacağı proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.