Hindistan tekstil, əczaçılıq sənayesi üzrə Azərbaycanda yaradılan sənaye parklarına investisiya qoya bilər və bununla da böyük bazarlara daha asan çıxış əldə etmiş olar.
FED.az APA-ya istinadən xəbər verir ki, bu barədə ASK-ın prezidenti Məmməd Musayevin Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşü zamanı bildirib.
“Azərbaycan coğrafi baxımdan strateji bir məkanda yerləşir və ölkəmizdə sənaye parkları yaradılıb. Hindistan tekstil, əczaçılıq sənayesi üzrə həmin sənaye parklarına investisiya qoya bilər və bununla da böyük bazarlara daha asan çıxış əldə etmiş olar”, - deyə M. Musayev bildirib.