Alman hökuməti, yarımkeçirici sənayesini inkişaf etdirmək və ölkənin çip istehsal imkanlarını gücləndirmək məqsədilə təxminən 2 milyard avro (2,11 milyard dollar) ayırmağı planlaşdırır.
“Amazon” “OpenAI”ın rəqibinə daha 4 milyard dollar sərmayə qoyur
FED.az xəbər verir ki, bu vəsait mikroçip montajı kimi sahələrdə 10-15 layihəyə dəstək məqsədi daşıyır. Layihələr müasir texnologiyaların inkişafına və Avropada güclü mikroelektronika ekosisteminin qurulmasına yönəldiləcək.
Yeni subsidiyalar COVID dövründəki təchizat problemləri və geosiyasi risklər fonunda, yerli istehsalı artırmaq məqsədini güdür. Eyni zamanda, Avropa İttifaqı 2030-cu ilə qədər qlobal çip bazarındakı payını ikiqat artırmağı hədəfləyir.
Bu təşəbbüs, Almaniyanın yarımkeçirici sənayesində rəqabət qabiliyyətini artırmaq və Asiyalı istehsalçılardan asılılığı azaltmaq istiqamətində atdığı vacib bir addımdır.