Azərbaycanda fəaliyətdə olan iri şirkətlər qrupu “AGA Group”nun faktorinq biznesinə yeni rəhbər təyin edilib.
“Kontakt Home”da rəhbər vəzifəyə - TƏYİNAT OLUB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Faiq Vaqif oğlu Kərimov “Ferrum Kapital” QSC-nin Baş icraçı direktoru (CEO) təyin edilib.
O, bu vəzifədə Tural Raci oğlu Ağayevi əvəz edib.
İndiyə qədər şirkətin rəsmi səhifəsində “Komandamız” hissəsində Müşahidə Şurası ilə bağlı məlumat verilsə də, CEO ilə bağlı məlumat verilmir.
Xatırladaq ki, “Ferrum Capital” 2017-ci ildə yaradılıb və 2 000 manat nizamnamə kapitalı var. Şirkətin təsisçisi və Müşahidə Şurasının sədri Mohammad Reza Habib Zadeh-dir.