İnvestisiya

"ABŞ Azərbaycan iqtisadiyyatına 13,6 mlrd. dollar investisiya yatırıb"

"ABŞ Azərbaycan iqtisadiyyatına 13,6 mlrd. dollar investisiya yatırıb" | FED.az
11:18 17 May 2019

Bu günədək ABŞ Azərbaycan iqtisadiyyatına 13,6 mlrd. dollar investisiya yatırıb.

FED.az xəbər verir ki, bunu Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclasında çıxış edərkən Azərbaycanın Maliyyə naziri Samir Şərifov deyib

Onun sözlərinə görə, öz növbəsində Azərbaycan ABŞ iqtisadiyyatına 8, 2  milyarddan çox portfel investisiyalar yatırıb.

"Hesab edirik ki bu göstəricilər bizim iqtisadi sahədə əməkdaşlığın potensialını tam əks etdirmir və bu rəqəmlər daha yüksək ola bilərdi", - deyə nazir bildirib.

Eləcə də bax: Sabiq nazir yeni şirkətini prezidentə təqdim etdi

Digər xəbərlər