Azərbaycan Mərkəzi Bankının yenicə lisenziya verdiyi “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin 300 min manatlıq nizamnamə kapitalı hər birinin nomnal dəyəri 1 000 manat olan 300 ədəd səhm əsasında formalaşıb.
Eləcə də bax: Azərbaycan Mərkəzi Bankı “ABB-İnvest İnvestisiya Şirkəti”nə lisenziya verib
FED.az xəbər verir ki, bu barədə şirkətə istinadən məlumat verilir.
Xatırladaq ki, “ABB-İnvest İnvestisiya Şirkəti”ni bu ilin iyun ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) yaradıb. (Report)