“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) bu ilin iyun ayında yaratdığı və oktyabrda Azərbaycan Mərkəzi Bankından lisenziya almış “ABB-İnvest İnvestisiya Şirkət” QSC ötən aydan aktiv fəaliyyətə keçib.
Eləcə də bax: İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı - SİYAHI
FED.az xəbər verir ki, maliyyə qurumu noyabrda təkrar səhm bazarında 10 980 manat dəyərində 1 əməliyyat aparıb.
“ABB-İnvest”in direktoru Nadir Babazadə bildirib ki, investisiya şirkətinin yaradılmasında məqsəd təkcə ABB-nin səhmlərinin alqı-satqısında vasitəçilik etmək deyil: “Biz rəqiblərimiz kimi həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərəcəyik. Buna nizamnamə kapitalımızın məbləği (300 min manat) imkan verir. Gələcəkdə bu rəqəm bir qədər artırıla da bilər. Ötənaykı əməliyyata gəlincə isə, bu, ABB-yə aid səhmlərlə bağlı deyil”. (Report)